İdman

"Şamaxı"nın sabiq futbolçusu I Liqa klubuna keçib

03 Feb 2026, 14:52 22 baxış
"Şamaxı"nın sabiq futbolçusu I Liqa klubuna keçib
Azərbaycanın I Liqa klubu "Mingəçevir" Bahadur Həziyevi transfer edib. Oxu.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. B.Həziyev daha əvvəl "Şamaxı", "Səbail" və MOİK-in də formasını geyinib. Qeyd edək ki, "Mingəçevir" hazırda 21 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alıb.
"Şamaxı"nın sabiq futbolçusu I Liqa klubuna keçib
Mənbə oxu.az

Oxşar Xəbərlər