İdman

Yarımçıq dayandırılmış "Qəbələ" - "Turan Tovuz" matçı nə vaxt keçiriləcək?

03 Feb 2026, 11:44 1 baxış
Yarımçıq dayandırılmış "Qəbələ" - "Turan Tovuz" matçı nə vaxt keçiriləcək?
Misli Premyer Liqasının 14-cü turundan təxirə salınmış "Qəbələ" - "Turan Tovuz" görüşünün vaxtı açıqlanıb. Oxu.Az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən xəbər verir ki, görüş fevralın 24-də keçiriləcək və saat 15:00-da başlayacaq. Xatırladaq ki, ötən il dekabrın 25-də oynanılan "Qəbələ" - "Turan Tovuz" matçı qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmışdı. PFL-in qərarına əsasən, əhəmiyyətli hissəsi oynanılmadan yarımçıq dayandırılmış qarşılaşma yeni oyun kimi keçiriləcək. Klublar baş tutacaq oyunda sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə edəcəklər. 24-cü dəqiqədə dayandırılan oyun üçün qüvvədə olan cəzalar Misli Premyer Liqasının növbəti oyunlarına şamil ediləcək. 24 fevral (çərşənbə axşamı) 15:00."Qəbələ" - "Turan Tovuz" Qəbələ şəhər stadionu
Mənbə oxu.az

Oxşar Xəbərlər