İdman
"Kəpəz"in bıçaqlanan futbolçusunun son durumu açıqlandı
"Gəncədə bıçaqlanan "Kəpəz"in futbolçusu Veysəl Rzayevin ölüm təhlükəsi yoxdur". Bu barədə Oxu.Az-a klubun mətbuat xidmətindən açıqlama verilib. "Hadisə səhər saatlarında baş verib. Amma səbəbi hələlik bəlli deyil. Vəziyyəti bir az ağır olsa da, ölüm təhlükəsi yoxdur", - deyə məlumatda bildirilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, V.Rzayev bu il yanvarın 7-də "Kəpəz"ə transfer olunub. Murad Nəsimi
Mənbə
oxu.az