İdman
İtaliya A Seriyası: "Roma" minimal hesabla uduzdu
İtaliya A Seriyasının 23-cü turunun oyunları çərçivəsində "Udineze" - "Roma" qarşılaşması baş tutub. Oxu.Az xəbər verir ki, oyun ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Matçda yeganə qolu Yurgen Ekkelenkamp vurub. Bu nəticə ilə "Roma" 43 xalla 5-ci pillədə qərarlaşıb. Xal ehtiyatını 32-yə çatdıran "Udineze" isə 9-cu yerə qalxıb. Turnir cədvəlinə 55 xalla "İnter" başçılıq edir.
Mənbə
oxu.az