İdman
Kantenin "Fənərbağça"ya keçidinə razılıq verildi
Nqolo Kante ilə "Fənərbağça" klubu arasındakı transfer danışıqları tamamlanıb. Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir. * "Fənərbağça" hücumçusunu Kante ilə dəyişdirməyə hazırlaşır Səudiyyə Ərəbistanı Pro Liqa rəhbərliyi Yusif En-Nesirinin "Əl-İttihad"a, Nqolo Kantenin isə "Fənərbağça"ya transferinə razılıq verib. Bu razılaşma çərçivəsində "Əl-ittihad" Yusif En-Nesiriyə görə "Fənərbağça"ya transfer haqqı ödəyəcək və Kante komandaya qoşulacaq.
Mənbə
oxu.az