“Qarabağ” onu bir mövqe üçün almayıb - Transferdə incə məqam
Xəbər verdiyimiz kimi, "Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.
Axar.az xəbər verir ki, Ceremi Qnali sol cinah müdafiəçisidir. Amma Qol.az-a daxil olan məlumata görə, o, təkcə bu mövqe üçün alınmayıb. Qnali sol vinger kimi də oynaya bilir. Yəni yaxın gələcəkdə biz bu futbolçunu təkcə indiki əsas heyət oyunçusu Elvin Cəfərqluliyevin oynadığı müdafiənin sol deyil, həm də yarımmüdafiənin sol cinahında - Abdulla Zubirin mövqeyində də görə bilərik. O, hər iki mövqe üçün nəzərdə tutularaq transfer edilib.
Baş məşqçi Qurban Qurbanov yeni futbolçusunu həm müdafiəçi, həm də yarımmüdafiəçi kimi oynada bilər.
Xatırladaq ki, 23 yaşlı sol cinah müdafiəçisi karyerası ərzində “Mets B”, İspaniyanın “Tarazona” və “Melilya” komandalarında da çıxış edib.
Qeyd edək ki, AEK klubuna 2024-cü ilin avqustunda transfer olunan Ceremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 assistlə yadda qalıb.