İdman

"Fənərbağça" səfərdə qalib gəldi

02 Feb 2026, 23:54 1 baxış
"Fənərbağça" səfərdə qalib gəldi

Futbol üzrə Türkiyə Superliqasında XX tura yekun vurulub.


Axar.az xəbər verir ki, bağlanış oyununda "Fənərbağça" səfərdə "Kocaelispor"la qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Marko Asensio və Dorjeles Nene vurublar.


Bu qələbə ilə xallarını 46-ya çatdıran İstanbul təmsilçisi 2-ci pillədəki yerini qoruyub. Komandanı lider "Qalatasaray"dan cəmi 3 xal ayırır.

Mənbə axar.az

Oxşar Xəbərlər