İdman
Ronaldu və "Ən-Nəsr" arasında qalmaqal artır: Hücumçu heyətə salınmadı
"Ən-Nəsr"in kapitanı Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının 20-ci turunda "Ər-Riyad"la oyunda iştirak etməyəcək. Oxu.Az xəbər verir ki, 40 yaşlı portuqaliyalı futbolçu qarşıdakı oyun üçün hətta ehtiyat oyunçular siyahısında da yer almayıb. Daha əvvəl məlumat verilmişdi ki, Ronaldu Səudiyyə Ərəbistanı Suveren Fondunun (PIF) "Ən-Nəsr"i rəqiblərlə müqayisədə idarə etmə formasından narazı olduğu üçün növbəti matçda oynamaqdan imtina edir. Qeyd edək ki, "Ər-Riyad" - "Ən-Nəsr" matçı bu gün keçirilir.
Mənbə
oxu.az