İdman

"Neftçi"nin heyətində qol vuran futbolçuların sayı 200-ə çatıb

02 Feb 2026, 14:10 1 baxış
"Neftçi"nin heyətində qol vuran futbolçuların sayı 200-ə çatıb
İqor Ribeyro "Neftçi"nin heyətində ilk çempionat qolunu vurub. Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb. Bildirilib ki, braziliyalı müdafiəçi Azərbaycan Premyer Liqasının XVIII turunda "Araz-Naxçıvan"la görüşdə (4:0) sabiq komandasının qapısına yol tapıb. Ribeyro Azərbaycan çempionatları tarixində "Neftçi"nin heyətində rəqib qapısına qol vuran 200-cü futbolçu olub. Cari mövsümün startına qədər 194 oyunçu bunu bacarmışdı. İqora qədər daha beş futbolçu bu siyahıya cari çempionatda daxil olub. Alesio Kurçi, Freddi Varqas, İmad Faraj, İfeanyi Metyu və Vensan Abubakar da ilk qollarına əvvəlki turlarda imza atıblar. "Neftçi" Azərbaycan çempionatlarının yüksək liqasında ən çox futbolçusu qol vuran komandadır. Heç bir digər komandanın 200 oyunçusu fərqlənməyib. Qeyd edək ki, "ağ-qaralar"ın ilk qolunu 1992-ci il mayın 8-də "Xəzər"in (Sumqayıt) qapısına Yunis Hüseynov vurub. 200 nəfərlik "qol silah"ları siyahısına isə 99 qol vuran Samir Ələkbərov başçılıq edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər