İdman

Azərbaycanın cüdo millilərində yeni təyinatlar

02 Feb 2026, 14:38 1 baxış
Azərbaycanın cüdo millilərində yeni təyinatlar
Azərbaycanın cüdo üzrə milli komandalarına yeni məşqçilər təyin olunublar. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası (ACF) məlumat yayıb. Bildirilib ki, ACF istedadlı idmançıların peşəkar inkişafını dəstəkləmək, texniki-taktiki hazırlığı təkmilləşdirmək və fiziki hərəkətlərin icrasında texniki düzgünlüyü artırmaq məqsədilə məşqçilər heyətinin gücləndirilməsi barədə qərar qəbul edib. Qərara əsasən, Orxan Səfərov yeniyetmə oğlanlardan ibarət, Tərlan Kərimov isə yeniyetmə qızlardan ibarət yığmaların məşqçiləri vəzifələrinə təyin ediliblər. Hər iki mütəxəssis idmançı karyerasını başa vurduqdan sonra ACF-nin dəstəyi ilə peşəkar bilik və bacarıqlarını artırıb, Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasını uğurla tamamlayıb. Orxan Səfərov, həmçinin Yaponiyanın Tokay Universitetində bir aylıq məşqçi hazırlıq proqramında iştirak edərək müasir məşq metodologiyaları üzrə praktiki təcrübə qazanıb. Hazırda da BCF Akademiyasında 2-ci səviyyə məşqçilik kursunda təhsil alır. Paralel olaraq ACF-də təhsil eksperti kimi fəaliyyət göstərir, yerli məşqçilər və idmançıların peşəkar inkişafına töhfə verir. Azərbaycan İdman Akademiyasında tədris prosesində iştirak edir, nəzəri və praktiki dərslər aparır. Tərlan Kərimov ölkədə idmanının təbliği, gənclərin və uşaqların sağlam həyat tərzinə cəlb olunması və idmana inteqrasiyası istiqamətində aktiv fəaliyyət göstərir. ACF-nin ölkə məşqçilərinin peşəkar inkişafı ilə əlaqədar təhsil fəaliyyətlərində aktiv iştirak edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər