İdman
"Qəbələ"nin futbolçusu Azərbaycanın futbol tarixinə düşdü
Azərbaycan Premyer Liqasının XVIII turu mövsümün ikinci het-triki ilə əlamətdar olub. Oxu.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "Qəbələ"nin futbolçusu Domi Massumo "İmişli" ilə ev oyununda (3:2) üç qol vurub. Konqoluya qədər cari mövsümdə Toral Bayramov fərqlənib. "Qarabağ"ın futbolçusu V turun "Araz-Naxçıvan"la səfər görüşündə (5:0) üç dəfə qol sevinci yaşayıb. Domi Premyer Liqa tarixində milliləşənlər də daxil olmaqla legionerlərin ümumilikdə 50-ci het-trikinə imza atıb. Bunlardan 42-si legioner statuslu, səkkizi Azərbaycan pasportuna malik xarici futbolçuların payına düşür. Azərbaycan çempionatlarında ən çox het-trik edən legioner Davit Volkovdur. Cari mövsümdə "Zirə"də çıxış edən gürcüstanlı dörd matçda fərqlənib. Əcnəbilərin ilk het-trikinə isə onun həmyerlisi, sonradan milliləşən Badri Kvaratsxeliya imza atıb. O, "Kəpəz"in formasını geyindiyi 1997/1998 mövsümündə iki het-trik müəllifi olub.
Mənbə
oxu.az