İdman
Azərbaycanın I Liqa klubu "Qarabağ"ın yetirməsini transfer edib
Azərbaycanın I Liqa təmsilçisi "Difai" klubu "Qarabağ"ın yetirməsini transfer edib. Bu barədə Oxu.Az-a klubun mətbuat xidmətindən bildirilib. Bildirilib ki, müdafiəçi mövqeyində çıxış edən Nihad Əliyev artıq yeni komandasına qoşulub. Qeyd edək ki, N.Əliyev "Qarabağ"ın U-10 komandasından əvəzedicilərinə qədər bütün yaş qruplarında çıxış edib. Futbolçu Azərbaycanın U-16, U-17 və U-19 yığmalarında da forma geyinib.
Mənbə
oxu.az