İdman
"Real Madrid"in ulduz futbolçusu Çempionlar Liqasının oyunlarında olmayacaq
"Real Madrid" klubu UEFA Çempionlar Liqasının pley-off qarşılaşmalarından öncə ciddi itki ilə üzləşib. Oxu.Az xəbər verir ki, La Liqanın XXII turunda "Rayo Valyekano"ya 2:1 hesabı ilə qalib gəldikləri matçda zədələnən yarımmüdafiəçi Cud Bellinqemin xəsarəti ciddidir. Belə ki, futbolçuya sol ayağın yarımquru əzələsində zədə diaqnozu qoyulub. Bellinqem təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq. 22 yaşlı ingilis futbolçu fevralın 17-si və 25-də UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Benfika"ya qarşı oyunlarda iştirak etməyəcək. Qeyd edək ki, Cud Bellinqem cari mövsümdə bütün turnirlər daxil olmaqla 27 matçda iştirak edib, altı qol vurub və dörd məhsuldar ötürmə edib.
Mənbə
oxu.az