Digər
Donetskin bu ərazisi azad edildi: Ukrayna bayrağı qaldırıldı!
Ukrayna ordusu Donetsk vilayətindəki Tolstoy kəndini ruslardan tamamilə təmizləyərək kənd üzərində Ukrayna bayrağını qaldırıblar.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın 505-ci ayrıca dəniz piyadaları batalyonu məlumat yayıb.
Məlumata görə, əməliyyat iyunun 10-da başlayıb. Dəniz piyadaları 79-cu ayrıca desant-hücum briqadasının 2-ci desant-hücum batalyonunun döyüşçüləri ilə birgə fəaliyyət göstəriblər.
Mənbə
axar.az