Kriminal

Tovuzda güclü sel körpünü dağıtdı: Mərkəzlə əlaqə kəsildi

14 Aug 2026, 01:15 2 baxış
Tovuzda güclü sel körpünü dağıtdı: Mərkəzlə əlaqə kəsildi

Tovuzda güclü yağışdan sonra gələn sel fəsadlar törədib.


Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Güclü sel Zəyəm çayının üzərində yerləşən avtomobil körpüsünü dağıdıb.


Nəticədə İsəkənd kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.


İlkin məlumata görə, selin körpünü dağıtması zamanı xəsarət alan olmayıb.


Qeyd edək ki, ötən gün yağan güclü yağışdan sonra Zəyəm çayında selin səviyyəsi kəskin yüksəlib. Hazırda qərb bölgəsinin ucqar rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür.

Mənbə axar.az

Oxşar Xəbərlər