İdman

Möhtəşəm oyun alındı - Tahir Gözəl

14 Aug 2026, 00:00 2 baxış
Möhtəşəm oyun alındı - Tahir Gözəl

Möhtəşəm oyun alındı. “Dinamo” böyük klubdur, vaxtilə 13 dəfə SSRİ çempionu olub.


Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə cavab oyunundan (2-0) sonra jurnalistlərə açıqlamasında deyib.


"Qarabağ"ın prezidenti Kiyev klubunun Bakıda sonuncu dəfə 35 il əvvəl oynadığını xatırladıb.


Tahir Gözəl qazanılan nəticəyə görə şad olduğunu bildirib.


O, həmçinin heyətdəki dəyişiklər haqqında da danışıb:


“Yeni transferlərdən tam razıyam. Lakin biz hələ də 2 yeni futbolçu axtarışındayıq. Çox iddialıyıq və rəhbərliyin bu yolda baş məşqçiyə tam dəstəyi var".


Qeyd edək ki, “Qarabağ” iki oyunun nəticəsinə əsasən “Dinamo”nu 2-1 hesabı ilə məğlub edərək, UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Ağdam təmsilçisinin növbəti mərhələdəki rəqibi Niderlandın "Tvente" komandası olacaq. Pley-offun ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər