Dünya
Günəşdə ən yüksəksəviyyəli partlayış qeydə alındı
Fevralın 1-də Günəşdə X səviyyəli partlayış qeydə alınıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Alışmanın pik həddi Bakı vaxtı ilə saat 16:33-ə təsadüf edib. "Günəşdə ən yüksək sinifli partlayış baş verib. Ölçülən səviyyə X1.04-dür", - deyə məlumatda bildirilir. Alimlər yaxın vaxtlarda yeni iri hadisələrin baş vermə ehtimalının yüksək olduğunu bildiriblər. Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.
Mənbə
oxu.az