Dünya

Zelenski: "Ukrayna, ABŞ və Rusiya arasında danışıqların tarixi dəyişdirilib"

01 Feb 2026, 16:24 2 baxış
Zelenski: "Ukrayna, ABŞ və Rusiya arasında danışıqların tarixi dəyişdirilib"
Ukrayna, ABŞ və Rusiya arasında Əbu-Dabidə keçiriləcək növbəti danışıqlar planlaşdırıldığı kimi bu gün deyil, fevralın 4-ü və 5-də baş tutacaq. Oxu.Az bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin "Telegram" kanalına istinadən xəbər verir. "Az öncə danışıqlar komandamızın məruzəsi oldu. Növbəti üçtərəfli görüşlərin tarixləri müəyyən edilib: fevralın 4-ü və 5-də Əbu-Dabidə", - deyə Zelenski bildirib. O qeyd edib ki, Ukrayna konkret söhbətə hazırdır və nəticənin müharibənin real və layiqli sonuna yaxınlaşdırmasında maraqlıdır. Xatırladaq ki, 23 və 24 yanvar tarixlərində Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların birinci raundu keçirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər