Dünya

Kanadalı hərbçi Latviyada ölü tapıldı

01 Feb 2026, 14:24 2 baxış
Kanadalı hərbçi Latviyada ölü tapıldı
Kanadalı hərbçi Latviyanın paytaxtı Riqanın yaxınlığında ölü halda tapılıb. Oxu.Az bildirir ki, bu barədə "Delfi" portalı Latviyanın müdafiə naziri Andris Sprudsa istinadən xəbər verir. Jurnalistlərin məlumatına görə, Kanada Silahlı Qüvvələrinin Hərbi Polisi hadisə ilə bağlı araşdırmaya başlayıb. Prosesdə Latviya hüquq-mühafizə orqanlarının da iştirak edəcəyi gözlənilir. Nəşrin müəllifləri əlavə ediblər ki, baş verənlər ölkədə olan hərbçilər üçün "təhlükəsizlik baxımından yüksək risk" yaradır.
Kanadalı hərbçi Latviyada ölü tapıldı
Mənbə oxu.az

Oxşar Xəbərlər