Dünya

Kamçatkada Şiveluç vulkanı püskürdü, təyyarələr üçün təhlükə yarandı

01 Feb 2026, 13:36 2 baxış
Kamçatkada Şiveluç vulkanı püskürdü, təyyarələr üçün təhlükə yarandı
Rusiyanın Kamçatka diyarında Şiveluç vulkanı dəniz səviyyəsindən altı kilometr hündürlüyə qədər kül püskürüb. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Şöbəsinin Vulkanologiya və Seysmologiya İnstitutu "Telegram" kanalında məlumat yayıb. "Partlayış nəticəsində külün havaya qalxma hündürlüyü dəniz səviyyəsindən 6 km-ə çatıb, kül şleyfi isə vulkandan 70 km qərb-şimal-qərb istiqamətində yayılıb", - deyə məlumatda bildirilir. Şiveluç üçün "narıncı" aviasiya təhlükəsizliyi kodu müəyyən edilib. Vulkanın aktivliyi yerli aviareyslər üçün təhlükə yaradır.
Kamçatkada Şiveluç vulkanı püskürdü, təyyarələr üçün təhlükə yarandı
Mənbə oxu.az

Oxşar Xəbərlər