Cəmiyyət

Zaqatalada mehmanxanada yanğın: 17 nəfər təxliyə olundu

01 Feb 2026, 13:54 2 baxış
Zaqatalada mehmanxanada yanğın: 17 nəfər təxliyə olundu

Zaqatala şəhərində beşmərtəbəli mehmanxanada yanğın olub.


Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, ümumi sahəsi 3750 m² (hər mərtəbəsi 750 m²) olan beşmərtəbəli mehmanxana binasının zirzəmisində sahəsi 250 m² olan saunanın lambirdən ibarət tavanı 150 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 17 nəfər təhlükəsiz əraziyə təxliyə olunub və 1 nəfər tüstüdən zəhərlənib. Mehmanxana binası yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə axar.az

Oxşar Xəbərlər