İdman

"Real Madrid"in kapitanı klubdan ayrılır?

17 May 2026, 03:22 4 baxış
"Real Madrid"in kapitanı klubdan ayrılır?
"Real Madrid" futbol klubunun kapitanı Daniel Karvaxal mövsüm başa çatdıqdan sonra komandadan ayrılacaq. Oxu.Az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb. Məlumata görə, klubla futbolçu arasındakı müqavilənin müddəti 2026-cı ilin yayında başa çatır. Bildirilir ki, ayrılıq qərarının təşəbbüskarı "Real" rəhbərliyidir. 34 yaşlı Karvaxal "kral klubu"nun yetirməsidir. Müdafiəçi cari mövsümdə komandanın heyətində 15 oyuna çıxıb. Dani Karvaxal ümumilikdə "Real" forması ilə 449 matç keçirib, 14 qol vurub və 65 məhsuldar ötürmə edib. O, altı dəfə UEFA Çempionlar Liqasının qalibi olub, dörd dəfə isə İspaniya çempionluğunu qazanıb. İspaniya millisinin heyətində 52 oyun keçirən futbolçu bir qol müəllifi olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər