Dünya

Estoniyalı nazir: "Avropada silahlar 60%-dək bahalaşıb"

17 May 2026, 04:44 2 baxış
Estoniyalı nazir: "Avropada silahlar 60%-dək bahalaşıb"
Avropada müdafiə təyinatlı məhsulların qiyməti son iki ildə 50%-dən çox artıb. Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib. "İki il əvvəl aldığımız məhsulların alış həcmini indi artırmaq istəyəndə görürük ki, həmin məhsulların qiyməti artıq 50-60% yüksəlib", - deyə nazir qeyd edib. Onun sözlərinə görə, silah və hərbi texnikanın bahalaşması NATO-nun müdafiə xərclərini artırmaq planlarını çətinləşdirir. Pevkur bildirib ki, ABŞ-nin prosesdə iştirakının azalması fonunda Avropa həm sürətlə yenidən silahlanmağa, həm də Ukraynaya dəstəyin böyük hissəsini öz üzərinə götürməyə məcbur qalır. Nazir Avropanın müdafiə sənayesində istehsalın genişləndirilməsi ilə bağlı problemlərin də olduğunu vurğulayıb. O deyib ki, şirkətlər dövlətlər tərəfindən uzunmüddətli müqavilələr olmadan istehsal gücünü artırmağa yatırım etməyə hazır deyillər.
Mənbə oxu.az

Oxşar Xəbərlər