Dünya

Robert Fitso: "Makron Avropa İttifaqına rəhbərlik edə bilər"

17 May 2026, 02:48 2 baxış
Robert Fitso: "Makron Avropa İttifaqına rəhbərlik edə bilər"
Slovakiyanın Baş naziri Robert Fitso Avropa İttifaqının güclü liderlərə ehtiyacı olduğunu bildirib və Fransa Prezidenti Emmanuel Makronu birliyə rəhbərlik edə biləcək əsas namizəd adlandırıb. Oxu.Az xəbər verir ki, o, bu sözləri tələbələr qarşısında çıxışı zamanı deyib. "Bizim güclü liderlərə ehtiyacımız var. Məndən soruşsanız ki, hazırda bu rolu kim üzərinə götürə bilər, deyərəm ki, Aİ-də bunu edə biləcək yeganə şəxs, fikrimcə, Fransa Prezidenti Makrondur", - deyə Fitso bildirib. Slovakiya hökumət başçısı çıxışında Aİ rəhbərliyini də tənqid edib və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın fəaliyyətindən narazılığını ifadə edib. Onun sözlərinə görə, Avropa İttifaqının vahid xarici siyasət xətti yoxdur və bu, inteqrasiya layihəsinin dayanıqlığını sual altına qoyur. Robert Fitso NATO-dakı vəziyyəti də "tamamilə pozulmuş" adlandırıb. Fitso bildirib ki, yeni kollektiv təhlükəsizlik sistemi Avropa İttifaqının genişləndirilmiş səlahiyyətləri çərçivəsində formalaşa bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər