Dünya

KİV: İsveç hökuməti Rusiyaya hərəkət edən tankerin gürcüstanlı kapitanını saxlayıb

17 May 2026, 02:24 2 baxış
KİV: İsveç hökuməti Rusiyaya hərəkət edən tankerin gürcüstanlı kapitanını saxlayıb
İsveç hökuməti göyərtəsində Rusiya vətəndaşlarının olduğu "Sea Owl I" tankerinin daha bir heyət üzvünü saxlayıb. Onun gəminin yeni kapitanı və Gürcüstan vətəndaşı olduğu bildirilib. Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Bundan əvvəl İsveç sahil mühafizəsi həmin gəmidən daha bir dənizçinin saxlanıldığını açıqlamışdı. Məlumata görə, İsveç sahil mühafizəsi martın 12-də tankerin saxta bayraq altında İsveç ərazi sularında hərəkət etdiyinə dair şübhələr əsasında gəmiyə baxış keçirib. 2007-ci ildə inşa edilən, uzunluğu 228 metr olan "Sea Owl I" son illərdə Rusiya ilə Braziliya arasında neft məhsullarının daşınmasında istifadə olunub. Tanker Braziliyanın Santos limanından çıxaraq yük olmadan Primorska gedirmiş. Avropa İttifaqının sanksiyalar tətbiq etdiyi tanker Kamerun bayrağı altında üzsə də, İsveç hökumətinin sorğusuna cavab olaraq Kamerun gəminin bu ölkəyə məxsus olduğunu təsdiqləməyib. Bundan əvvəl də Rusiya vətəndaşı olan kapitan saxlanılmış, lakin sonradan sərbəst buraxılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər