Dünya
Qəzza sakini ilk dəfə HƏMAS-a qarşı məhkəmə iddiası qaldırdı
Qəzza sakini ilk dəfə olaraq Beynəlxalq Cinayət Məhkəməsində HƏMAS təşkilatına qarşı iddia qaldırıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb. Nəşrin yazdığına görə, fələstinlinin vəkilləri Beynəlxalq Cinayət Məhkəməsinin prokuroruna rəsmi müraciət göndərərək HƏMAS-ın 14 rəhbərinin məsuliyyətə cəlb olunmasını tələb ediblər. Bildirilir ki, müraciəti edən şəxs Qəzza zolağındakı müharibə zamanı yaxınlarını itirib və buna görə HƏMAS-ı günahlandırır. O, təşkilat rəhbərlərini mülki şəxslərdən "canlı qalxan" kimi istifadə etməkdə, əmlakı mənimsəməkdə, qəsdən zərər vurmaqda, yetkinlik yaşına çatmayanlar da daxil olmaqla insanları silahlı fəaliyyətə cəlb etməkdə və digər ağır cinayətlərdə ittiham edir.
Mənbə
oxu.az