Dünya

Roma bazilikasında maraqlı təsadüf: Mələyin siması baş nazirin üzünə bənzəyir

01 Feb 2026, 03:31 2 baxış
Roma bazilikasında maraqlı təsadüf: Mələyin siması baş nazirin üzünə bənzəyir
Romanın ən qədim kilsələrindən birində qeyri-adi bir "dəyişiklik" baş verib. Təmirdən sonra qanadlı fövqəltəbii varlıq - keruv və ya mələk təsviri möcüzəvi şəkildə İtaliyanın hazırkı Baş naziri Corcia Meloninin cizgilərini xatırladıb. Oxu.Az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. IV əsrdə inşa edilən və əsrlər boyu dəfələrlə yenidən qurulan Luçinadakı San Lorenzo bazilikası gözlənilməz bir kəşfin mərkəzinə çevrilib. Bərpa işləri başa çatdıqdan sonra ziyarətçilər və kilsə əməkdaşları freskadakı mələklərdən biri ilə Corcia Meloni arasında heyrətamiz oxşarlıq müşahidə ediblər.
Xüsusilə qıvrım sarı saçlar və 49 yaşlı siyasətçini xatırladan üz cizgiləri diqqət çəkib. Hətta kilsənin keşişi Daniele Miçeletti belə bu açıq oxşarlığı etiraf etməli olub. O bildirib: "Bu, sadəcə ərafdakı ruhlar üçün bir metaforadır. Kilsələr müxtəlif obrazlarla doludur, lakin bu, onların hamısının müqəddəs olduğu anlamına gəlmir. Meloninin üz cizgilərinə bənzəyən bir mələyin təsvir edilməsi onun ərafda və ya artıq cənnətdə olması demək deyil". Qeyd olunur ki, bərpa işləri həvəskar könüllü tərəfindən aparılıb. O, yerli mətbuata verdiyi müsahibədə baş nazirin portretinə bənzər bir obraz yaratmaq niyyətində olmadığını vurğulayıb. Könüllünün sözlərinə görə, freska xüsusi tarixi əhəmiyyətə malik deyil, çünki nisbətən yaxın dövrdə çəkilib. Məhz bu səbəbdən onun bərpası mədəni irs qurumlarının xüsusi icazəsini tələb etməyib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər