Cəmiyyət

Donor olmaq istəyən deputatlar var - Komitə sədri

31 Jan 2026, 12:34 2 baxış
Donor olmaq istəyən deputatlar var - Komitə sədri

Bəzən qanun qəbul edilir, amma həmişə işlənilmir.


Axar.az xəbər verir ki, bu sözləri bu gün "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" adlı elmi-praktiki dəyirmi masada çıxışı zamanı Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.


O bildirib ki, Səhiyyə Nazirliyinin ciddi fəaliyyəti ilə transplantasiya əməliyyatı həyata keçirilməsi üçün mexanizm işlənib hazırlandı:


"Burada Koordinasiya Mərkəzinin yaradılmasını xüsusi vurğulamaq lazımdır. Deputatlarımızın bir hissəsi donor olmaq üçün sənədə imza atıblar. Bu əməliyyatdan sonra donor olmaq istəyənlərin sayı əhəmiyyətli dərəcədə artıb".

Mənbə axar.az

Oxşar Xəbərlər