İdman

Luis Enrikenin PSJ-dəki gələcəyi ilə bağlı detallar məlum oldu

31 Jan 2026, 10:24 1 baxış
Luis Enrikenin PSJ-dəki gələcəyi ilə bağlı detallar məlum oldu
PSJ klubu Luis Enrikeyə 2030-cu ilin yayına qədər müqavilə təklif edib. Oxu.Az "Football Espana"ya istinadən xəbər verir ki, Enrikenin müqaviləsinin 2027-ci ildə bitəcəyi ilə bağlı xəbərlərə baxmayaraq, məşqçi yeni müqavilənin razılaşdırılmasının son mərhələsindədir. İspaniyalı mütəxəssis Parisdə özünü rahat hiss edir və yaydan əvvəl gələcəyi ilə bağlı qərar vermək istəyir ki, qarşıdakı mövsümə hazırlaşa bilsin. İddia olunur ki, PSJ rəhbərliyinin Enrikeyə 2030-cu ilə qədər müqavilə təklif etməsi təsadüfi deyil, çünki idman direktoru Luis Kamposun müqaviləsi də həmin vaxt başa çatır.
Mənbə oxu.az

Oxşar Xəbərlər