İdman

Emin Mahmudovdan Lixtenşteynlə oyunöncəsi AÇIQLAMA

30 Sep 2026, 19:26 6 baxış
Emin Mahmudovdan Lixtenşteynlə oyunöncəsi AÇIQLAMA
"Sabah bizim üçün vacib oyun olacaq". Oxu.Az xəbər verir ki, bunu UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Azərbaycan - Lixtenşteyn matçından əvvəl təşkil olunan mətbuat konfransında millimizin futbolçusu Emin Mahmudov deyib. O bildirib ki, komandamız bu oyunda mütləq qələbə qazanmalıdır: "Bu oyuna yaxşı hazırlaşmışıq. Bütün heyət olaraq üzərimizdə məsuliyyət var. Əvvəlki rəqiblərlə müqayisədə burada yalnız yaxşı oynamaq deyil, eyni zamanda qələbə qazanmaq da vacibdir". Qeyd edək ki, UEFA Millətlər Liqasının D Liqasının II qrupunda Azərbaycan - Lixtenşteyn oyunu sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər