İdman
Türkiyə futbolunda MƏRC QALMAQALI: 448 klub rəsmisi İntizam Komitəsinə göndərildi
Türkiyə Futbol Federasiyası (TFF) son beş il ərzində mərc oyunlarında iştirak etməkdə təqsirləndirilən 448 klub rəsmisinin işini Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərib. Oxu.Az NTV telekanalına istinadən xəbər verir ki, TFF son beş ildə Super Liqa və Birinci Liqada çıxış edən klublarda rəhbər vəzifələrdə çalışan həmin şəxslərin mərc qaydalarını pozduqlarını müəyyən edib. İntizam komitəsinə göndərilən şəxslər arasında "Trabzonspor"un prezidenti Ertuğrul Doğan da var. TFF-nin bəyanatında deyilir: "Türkiyə Futbol Federasiyası tərəfindən aparılan mərc araşdırması çərçivəsində 2026-2027-ci illər futbol mövsümündə TFF Super Liqası və Birinci Liqasında çıxış edən klublarda inzibati vəzifələrdə çalışan və fəaliyyətləri dövründə mərc oyunlarında iştirak etdikləri müəyyən edilən şəxslərin sentyabrın 30-dan etibarən ehtiyat tədbiri qismində İntizam Komitəsinə göndərilməsinə qərar verilib". Super Liqanın dörd böyük klubundan TFF-nin İntizam Komitəsinə göndərilən rəhbər şəxslər aşağıdakılardır: "Beşiktaş": Tarkan Şer, Kerem Gürel, Fırat Fidan, Miraç İltuğ Sungur, Kadir Kılıç, Mustafa Mollaoğlu, Hakan Daltaban, İbrahim Kemal Barış Dillioğlu, Enis Ulusoy, Serhan Çetinkaya. "Fənərbağça": Eren Ali Dişli, Bekir Erdem, Erdem Sezer. "Qalatasaray": Emir Aral, Özgür Işıtan Gün, Ali Yüce, Maruf Güneş, Ural Aküzüm. "Trabzonspor": Yalçın Orhan, Zeyyat Kafkas, Murat İskender, Kemal Ertürk, Taner Fikret Saral, Lokman Sadıklar, Şenol Kaynar, Ertuğrul Doğan, Abdulkadir Ferda Başkan, Semih Hekimoğlu, Derviş Köz, İbrahim Şahinkaya, Ceyhun Eskiçi.
Mənbə
oxu.az