Cəmiyyət

Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?

30 Sep 2026, 19:48 5 baxış
Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Bakıda market və mağazalarda toyuq filesi qıtlığı ilə bağlı məlumata aydınlıq gətirib. Oxu.Az xəbər verir ki, sədr "Qaynarinfo"ya açıqlamasında bildirib ki, toyuq məhsullarının istehsalında dəyişiklik olmayıb. "Ötənilki istehsalla indiki istehsal arasında heç bir fərq yoxdur. Bu il ötən illə müqayisədə tələbat artıb. Biz bir neçə fabriklə danışıqlar apararaq istehsalı artırdıq. Çox yaxın zamanda, bəlkə də sabah marketlərdə file bolluğu yaşanacaq", - deyə M.Həsənli bildirib. Filenin qiymətinə gəlincə, sədr qiymət artımına rast gəlmədiyini vurğulayıb: "Ola bilər ki, file qıtlığı olan günlərdə bundan istifadə ediblər. Fabriklərdən çıxış qiyməti ilə topdansatış qiyməti eynidir". Qeyd edək ki, Bakıda marketlərdə toyuq filesinin satışında qıtlıq müşahidə olunur. Bəzi mağazalarda məhsul ümumiyyətlə yoxdur, bir sıra satış məntəqələrində isə əvvəlki qiymətlə müqayisədə daha baha satıldığı bildirilir. Hazırda toyuq filesinin ən ucuz qiymətinin 8.5 manat olduğu bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər