İdman

Ayxan Abbasov: "Əsas məsələ rəqibin təhlükəli əks hücumlarıdır"

30 Sep 2026, 19:42 4 baxış
Ayxan Abbasov: "Əsas məsələ rəqibin təhlükəli əks hücumlarıdır"
"Əgər qrupda birinci olmaq istəyiriksə, mütləq qələbə qazanmalıyıq". Oxu.Az xəbər verir ki, bunu UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Azərbaycan - Lixtenşteyn matçından əvvəl təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov deyib. O bildirib ki, bu matç milli komanda üçün çox vacibdir: "Qrupda birinci yeri tutmaq istəyiriksə, Lixtenşteynə qalib gəlməliyik. Rəqib komanda da istəklidir. Əsas diqqət etməli olduğumuz məsələ rəqibin təhlükəli əks-hücumlarıdır. Onların itirəcəkləri heç nə yoxdur". Qeyd edək ki, UEFA Millətlər Liqasının D Liqasının II qrupunda Azərbaycan - Lixtenşteyn oyunu sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər