Dünya

Niderlandda aviabazanı partlatmaqla hədələyən şəxs saxlanıldı

30 Sep 2026, 19:38 3 baxış
Niderlandda aviabazanı partlatmaqla hədələyən şəxs saxlanıldı
Niderland Krallığının Hərbi Polisi Leuvarden aviabazasının (Frislandiya əyaləti) girişində obyekti partlatmaqla hədələyən şəxsi saxlayıb. Oxu.Az RTL telekanalına istinadən xəbər verir ki, saxlanılan şəxs aviabazanın girişində paket qoymağa cəhd edib və hərbçilərə onun içərisində bomba olduğunu bildirib. Niderland Müdafiə Nazirliyinin Partlayıcı Qurğuların Zərərsizləşdirilməsi Xidmətinin mütəxəssisləri hadisə yerinə cəlb olunublar. Məlumata görə, həmin şəxs yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə 17:30) saxlanılıb. Hazırda onun gətirdiyi paketin içərisindəki maddələr araşdırılır.
Niderlandda aviabazanı partlatmaqla hədələyən şəxs saxlanıldı
Mənbə oxu.az

Oxşar Xəbərlər