İdman

Misli Premyer Liqası: "Zirə" lider "Sabah"a qarşı

31 Jan 2026, 08:00 1 baxış
Misli Premyer Liqası: "Zirə" lider "Sabah"a qarşı
Bu gün Misli Premyer Liqasında XVIII turun növbəti oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, Yevlax şəhər stadionunda "Kəpəz" klubu "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat 14:30-da start götürəcək. Günün ikinci oyununda isə "Zirə" öz meydanında lider "Sabah"la üz-üzə gələcək. Matç saat 17:00-da başlayacaq. Qeyd edək ki, tura fevralın 1-də yekun vurulacaq. Misli Premyer Liqası XVIII tur 31 yanvar 14:30, "Kəpəz" - "Şamaxı" Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev; VAR: Fərid Hacıyev; AVAR: Asiman Əzizli; Hakim-inspektor: Munis Abdullayev; AFFA nümayəndəsi: İlham Əliyev. Yevlax şəhər stadionu. 17:00, "Zirə" - "Sabah" Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov; VAR: Rəvan Həmzəzadə; AVAR: Rəhman İmami; Hakim-inspektor: Orxan Məmmədov; AFFA nümayəndəsi: Erkin Hüseynov. Zirə İdman Kompleksinin stadionu.
Mənbə oxu.az

Oxşar Xəbərlər