İdman
"Qarabağ" - "Nyukasl" matçının başlama saatı müəyyənləşib
UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək "Qarabağ" və "Nyukasl" (İngiltərə) komandalarının oyunlarının keçiriləcəyi tarix və başlama saatları müəyyənləşib. Oxu.Az xəbər verir ki, "köhlən atlar" ilk matçını fevralın 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəklər. Qarşılaşma saat 21:45-də başlayacaq. Fevralın 24-də, İngiltərədə baş tutacaq cavab görüşü isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Mənbə
oxu.az