İdman

"Qarabağ" - "Nyukasl" matçının saatı açıqlandı

30 Jan 2026, 21:01 1 baxış
"Qarabağ" - "Nyukasl" matçının saatı açıqlandı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək "Qarabağ" və "Nyukasl" (İngiltərə) komandalarının oyunlarının keçiriləcəyi tarix və başlama saatları müəyyənləşib.


Axar.az xəbər verir ki, "köhlən atlar" ilk matçını fevralın 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Qarşılaşma saat 21:45-də başlayacaq.


Fevralın 24-də, İngiltərədə baş tutacaq cavab görüşü isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər