İdman
Ötən il Azərbaycan klublarının futbolçu satışlarından əldə etdiyi gəlir bəlli olub
FIFA kişi futbolunda beynəlxalq transferlərlə bağlı 2025-ci ilin hesabatını açıqlayıb. Oxu.Az xəbər verir ki, transferlərin sayı və maliyyə dövriyyəsinin əks olunduğu hesabatda Azərbaycan 58-ci pillədə qərarlaşıb. Qurumun məlumatına görə, 2025-ci ildə Azərbaycana 162 oyunçu transfer olunub, 95 futbolçu isə ölkə xaricinə transfer olub. Klublarımız transferlər üçün 4.96 milyon dollar xərcləyiblər, satdıqları oyunçulardan isə 9.53 milyon dollar gəlir götürüblər.
Mənbə
oxu.az