İdman

Ölkəmizdə bir sıra klublarda çıxış etmiş iranlı futbolçu həbs olundu

30 Jan 2026, 13:16 1 baxış
Ölkəmizdə bir sıra klublarda çıxış etmiş iranlı futbolçu həbs olundu
İranlı futbolçu Peyman Keşavarzi Təbrizdə həbs edilib. Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, hazırda İranın KIA klubunun futbolçusu olan Keşavarzi Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bildirilib ki, futbolçu həbs olunduqdan sonra ailəsinə yalnız bir dəfə qısa telefon zəngi edib. Qeyd edək ki, 29 yaşlı futbolçu ölkəmizdə "Sumqayıt", "Kəpəz", "Səbail", "Karvan-Yevlax" klublarında çıxış edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər