İdman

"Qarabağ" üçün mühüm tarix: rəqibi müəyyənləşir

30 Jan 2026, 10:06 1 baxış
"Qarabağ" üçün mühüm tarix: rəqibi müəyyənləşir

Bu gün "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gələcək.


Axar.az xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.


Liqa mərhələsini 22-ci pillədə başa vuran təmsilçimiz "səpələnməmişlər" səbətində yer alacaq. "Qarabağ" "səpələnmişlər" səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. Ağdam klubunun potensial rəqibləri Fransanın PSJ və İngiltərənin "Nyukasl Yunayted" klublarıdır.


Pley-off oyunları 17-18 fevral və 24-25 fevralda oynanılacaq. "Qarabağ" ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək.


Qeyd edək ki, "Qarabağ" - PSJ/"Nyukasl" cütünün qalibi 1/8 finalda Liqa mərhələsini beşinci pillədə başa vuran "Barselona" və ya altıncı yerin sahibi "Çelsi" ilə üz-üzə gələcək.

Mənbə axar.az

Oxşar Xəbərlər