İdman

Bu gün "Qarabağ"ın pley-offdakı rəqibi müəyyənləşir

30 Jan 2026, 09:40 1 baxış
Bu gün "Qarabağ"ın pley-offdakı rəqibi müəyyənləşir
Bu gün "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gələcək. Oxu.Az xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Liqa mərhələsini 22-ci pillədə başa vuran təmsilçimiz "səpələnməmişlər" səbətində yer alacaq. "Qarabağ" "səpələnmişlər" səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. Ağdam klubunun potensial rəqibləri Fransanın PSJ və İngiltərənin "Nyukasl Yunayted" klublarıdır. Pley-off oyunları 17-18 fevral və 24-25 fevralda oynanılacaq. "Qarabağ" ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Qeyd edək ki, "Qarabağ" - PSJ/"Nyukasl" cütünün qalibi 1/8 finalda Liqa mərhələsini beşinci pillədə başa vuran "Barselona" və ya altıncı yerin sahibi "Çelsi" ilə üz-üzə gələcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər