İdman

Benzema “Əl-İttihad”ı tərk edir

30 Jan 2026, 09:45 1 baxış
Benzema “Əl-İttihad”ı tərk edir

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun fransalı futbolçusu Kərim Benzema yaxın vaxtlarda müqaviləsini ləğv edə bilər.


Axar.az Teleqraf-a istinadən istinadən xəbər verir ki, 38 yaşlı hücumçu müqavilənin uzadılması ilə bağlı təklifdən narazı qaldığı üçün artıq klubu tərk edib.


Yanvarın 28-də klub rəhbərliyi ilə futbolçunun tərəfi arasında görüş keçirilib. Görüşün yekununda Benzema yeni şərtləri alçaldıcı hesab edib. Onun və ətrafının fikrincə, təklif olunan şərtlər komanda üçün faktiki olaraq pulsuz çıxış etməyə bərabərdir.


Qeyd edək ki, Benzema 2023-cü ildən “Əl-İttihad”ın formasını geyinir. Onun klubla müqaviləsinin müddəti bu ilin yayında başa çatır.

Mənbə axar.az

Oxşar Xəbərlər