İdman

Seneqal sakinləri ölkə yığmasının baş məşqçisinin cəriməsini ödəmək üçün pul yığırlar

30 Jan 2026, 07:18 1 baxış
Seneqal sakinləri ölkə yığmasının baş məşqçisinin cəriməsini ödəmək üçün pul yığırlar
Seneqal sakinləri ölkənin futbol üzrə milli komandasının baş məşqçisi Pap Tyava tətbiq edilmiş cəriməni ödəmək üçün vəsait toplamağa başlayıblar. Oxu.Az bu barədə "Foot Mercato" portalına istinadən xəbər verir. Bildirilir ki, pul yığılmasına yanvarın 29-da start verilib və azarkeşlər artıq 4 300 dollar toplayıblar. Yanvarın 19-da Seneqal yığmasının Afrika Millətlər Kubokunun finalında Mərakeş yığması ilə oyundakı qolu ləğv edilib. Pap Tyav etiraz əlaməti olaraq futbolçuları meydandan çıxarıb. Bu hərəkətinə görə Tyava 100 000 dollar məbləğində cərimə kəsilib. Tyav azarkeşləri toplanan vəsaiti digər məqsədlərə yönəltməyə çağırıb: "Mən sizdən vəsait toplanması kampaniyasını dayandırmağı xahiş edirəm. Mən bunu səxavətinizin təzahürü kimi qiymətləndirirəm, lakin sizi bu vəsaiti daha təxirəsalınmaz məqsədlərə, həqiqətən ehtiyacı olanların rifahı üçün yönəltməyə çağırıram".
Mənbə oxu.az

Oxşar Xəbərlər