İdman
Misli Premyer Liqası: XVIII tura start verilir
Bu gün Misli Premyer Liqasında XVIII tura start veriləcək. Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Yevlax şəhər stadionunda "Karvan-Yevlax" "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma saat 14:30-da start götürəcək. Günün ikinci oyununda isə "Qəbələ" öz meydanında "İmişli" ilə üz-üzə gələcək. Matç saat 17:00-da başlayacaq. Qeyd edək ki, tura fevralın 1-də yekun vurulacaq. Misli Premyer Liqası XVIII tur 30 yanvar 14:30, "Karvan-Yevlax" - "Sumqayıt" Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov. VAR: İnqilab Məmmədov. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Bəhram Qurbanov. Yevlax şəhər stadionu. 17:00, "Qəbələ" - "İmişli" Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev. VAR: Əliyar Ağayev. AVAR: Rahil Ramazanov. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Qəbələ şəhər stadionu.
Mənbə
oxu.az