İdman
Rafael Fiziyev növbəti rəqibi haqqında: "Bəzi aspektlərdə təhlükəlidir"
Rafael Fiziyev UFC-də növbəti rəqibi olan braziliyalı Maurisio Ruffini qiymətləndirib. Oxu.Az sport24.ru-ya istinadən xəbər verir ki, tərəflər 2026-cı il fevralın 1-də keçiriləcək UFC-325 turnirində qarşılaşacaqlar. "Onun qolları kifayət qədər uzundur, üstəlik boyu daha hündürdür. Üstünlüyü də bundadır, lakin mən bütün ömrüm boyu belə uşaqlarla döyüşmüşəm. Mən heç vaxt hətta mənimlə eyni boyda olan biri ilə belə döyüşməmişəm. Bu mənim üçün sürpriz deyil. O nə ilə daha yaxşıdır? Bəzi aspektlərdə təhlükəlidir - yaxşı əks-hücumçudur, sağ əli güclüdür, tayminqi və reaksiyası yaxşıdır. Lakin ümumilikdə deyə bilmərəm ki, o, nədəsə məndən xeyli üstündür", - deyə Fiziyev vurğulayıb.
Mənbə
oxu.az