İdman

Kərim Benzema "Əl-İttihad"dan ayrılır: Verilən vədlərə əməl edilməyib

29 Jan 2026, 20:12 1 baxış
Kərim Benzema "Əl-İttihad"dan ayrılır: Verilən vədlərə əməl edilməyib
Fransalı futbolçu Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan ayrılmaq üzrədir. Oxu.Az "AS" nəşrinə istinadən xəbər verir ki, hücumçu klub rəhbərliyinin ona verdiyi vədlərə əməl etməməsindən narazıdır. 38 yaşlı futbolçu "Əl-İttihad"la yeni müqavilə ilə bağlı danışıqları dayandırıb. Qeyd edək ki, Kərim Benzema 2023-cü ilin yayından etibarən "Əl-İttihad"ın formasını geyinir. Onun klubla mövcud müqaviləsi bu ilin yayında başa çatacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər