İdman

Alonso "Liverpul"dan dörd ulduz futbolçunun transferini istəyir

27 Jan 2026, 10:44 1 baxış
Alonso "Liverpul"dan dörd ulduz futbolçunun transferini istəyir
Xabi Alonso baş məşqçi təyin olunacağı təqdirdə "Liverpul" futbol klubunun rəhbərliyinə tələblərini açıqlayıb. Oxu.Az "Indykaila New" qəzetinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis İngiltərə klubunun rəhbərliyinə onlarla işləməyə başlasa, heyətdə əhəmiyyətli dərəcədə dəyişikliklər gözlədiyini açıq şəkildə bildirib. Alonsonun arzuladığı futbolçular siyahısına "Tottenhem"dən müdafiəçi Mikki van de Ven, "Kristal Pelas"dan yarımmüdafiəçi Adam Uorton, PSJ-dən hücumçu Bredli Barkola və "Bavariya"dan Maykl Olise daxildirlər. Qeyd edək ki, "Liverpul"un rəhbərliyi Alonso ilə ilkin müsbət əlaqələr qurub və onun yaxın zamanda komandaya qoşulması gözlənilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər