İdman

"Qalatasaray" Osimhen üçün 130 milyon avroluq təklifi RƏDD ETDİ

13 Aug 2026, 17:28 2 baxış
"Qalatasaray" Osimhen üçün 130 milyon avroluq təklifi RƏDD ETDİ
"Qalatasaray" klubu ulduz futbolçusu Viktor Osimhen ilə bağlı Səudiyyə Ərəbistanından edilən cəlbedici təklifi geri çevirib. Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb. Onun sözlərinə görə, Səudiyyə təmsilçisi "Əl-Hilal" İstanbul nəhənginə 130 milyon avro dəyərində təklif göndərib. Buna baxmayaraq, "Qalatasaray" rəhbərliyi hazırkı mərhələdə Osimhenin transferini müzakirə etməyə və hər hansı bir danışıqlar aparmağa hazır olmadığını bildirib. Xatırladaq ki, hücumçu Viktor Osimhen geridə qalan mövsüm ərzində Türkiyə Superliqasında meydana çıxdığı 22 qarşılaşmada rəqib qapılarından 15 top keçirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər