Kriminal
Xocavənddə güclü yanğın başlayıb - FOTO
Xocavənd rayonunda boş ərazidə güclü yanğın başlayıb. Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Yuxarı Veysəlli kəndi ərazisində qeydə alınıb. Dağ massivində, boş ərazidə başlayan yanğın küləyin təsiri ilə genişlənib. Alov ətraf ərazilərdən aydın şəkildə müşahidə olunur. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.
Mənbə
oxu.az