İdman
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı - FOTO
"Mançester Siti" klubu futbolçusu Jeremi Doku ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib və onun müqaviləsinin müddətini uzadıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Əldə olunan yeni razılaşmaya əsasən, 24 yaşlı vingerin sözləşməsinin müddəti 2031-ci ilin yay aylarına qədər qüvvədə olacaq. Qeyd edək ki, Belçika milli komandasının üzvü olan futbolçu 2023-cü ildən etibarən "Mançester Siti"nin heyətində çıxış edir.
Mənbə
oxu.az